Koronavirusa görə Bakıya gələ bilməyən Damla: "Oğlum üçün darıxıram"
Xəbər verdiyimiz kimi müğənni Damla koronavirusa görə Moskvadan Bakıya qayıda bilmir. BiG.AZ xəbər verir ki, instaqram hesabında post paylaşan Damla vətən üçün darıxdığını qeyd edib:
"Dostlar, hər vaxtınız xeyir. Pis günün ömrü az olar. Səbr edib, gigiyenik qaydalara riayət etsək, xəstəlik bizə qalib gəlməz. Sevdiklərinizlə, əzizlərinizlə ən əsas ailənizlə gözəl vaxt keçirin. Sevdiyiniz yarım qalmış kitablarınızı oxumağa davam edin.Gözəl filmlər izləyin. Sevdiyiniz musiqiləri qulaqcıqda dinləyib, ruhunuzu qidlandırın. Uşaqlarınızla əyləncəli oyunlar oynayın. Ailə bağlarınızı daha da bərkidin.Mənə uzaq məsafələr çətin olsa da, alışmağa çalışıram. Ailəm ,oğlum üçün çox darıxıram. Hələ ev dostum Çarlimi demirəm. Tezliklə görüşmək ümidi ilə.
Bakı səni heç bir şəhər əvəz etmir".