amon

amon Xəbərlər 23-03-2020, 20:21

Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edilib

Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edilib
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz martın 23-dən yerli vaxtla saat 19:00-dan 06:00-dək ölkənin bütün ərazisində komendant saatı elan edilməsi barədə sərəncam imzalayıb.

LOADING.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu qərar ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədi daşıyır.


Sərəncamda bildirilir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi komendant saatına əməl olunmasını təmin etməli, ölkənin mülki və hərbi idarələri koronavirusun yayılmasının qarşısını almaq üçün onunla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.

Vətəndaşlara evlərindən çıxmamaq tövsiyə edilib. Bu qayda təhlükəsizlik, hərbi və media sahələrində çalışanlar da daxil olmaqla, mühüm vəzifələrdə işləyənlərə şamil edilmir.

Son bir gündə Krallıqda daha 119 nəfər koronavirusa yoluxub və xəstələrin ümumi sayı 511 nəfərə çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 312 280 282 283 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.