Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 24-03-2020, 13:26

Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat AZALDILDI

Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat AZALDILDI
Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş müddəti bu gündən daha 3 saat azaldılıb.

big.az məlumat verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejimində əksini tapıb.

Qeyd edək ki, koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Bununla əlaqədar ictimai-iaşə müəssisələrinə də yeni iş rejimi tətbiq olunub. Müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.

Bundan əvvəl martın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilmişdi.

Qeyd edək ki, ictimai-iaşə müəssisələrinə kafe, restoran, çayxana, internet klubları, bərbərxana və insanların toplaşdığı digər ictimai-iaşə müəssisələr daxildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 331 357 360 360 328

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.