Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 24-03-2020, 13:27

Əsməcəsi ilə diqqət çəkən Angela Merkeldə koronavirus varmı?-AÇIQLANDI

Əsməcəsi ilə diqqət çəkən Angela Merkeldə koronavirus varmı?-AÇIQLANDI
Almaniya kansleri Angela Merkeldə koronavirus aşkar olunmayıb.

big.az xəbər verir ki, bu barədə kanslerin mətbuat katibi Şteffen Zaybert bildirib.

"Koronavirusla bağlı bugünkü testin nəticəsi mənfidir. Növbəti günlərdə əlavə yoxlamalar aparılacaq", - Zaybert bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Angela Merkeli pnevmoniya infeksiyasına qarşı peyvənd edən həkimdə koronavirus aşkarlanıb. Bundan sonra Almaniya kansleri karantinə alınıb, onun səhhətinin normal olduğu və iş fəaliyyətinə evdən davam etdiyi bildirilib.

Qeyd edək ki, ötən ilin yay aylarında Merkeli 3 fərqli mühüm görüş zamanı əsməcə tutub. Əksəriyyət onun müalicə alması üçün bülleten götürməsi təklifi ilə çıxış edib. Buna dair « Civey » institutunun keçirilən sorğuda 34 faiz bildirib ki, o məzuniyyət götürüb müalicə olunmalıdır. 59 faiz isə söyləyib ki, bu, onun şəxsi işidir. 

Bu barədə danışan Merkelin özü bildirib ki, onu əsməcə ilk dəfə iyunun 18-də Ukrayna prezidenti Zelenskini qəbul edərkən, ikinci dəfə iyulun 27-də xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdə, 3-cü dəfə isə Finlandiyanın baş naziri Anti Rini qəbul edərkən tutub. Kansler bunu havaların isti keçməsi ilə izah edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
289 320 301 308 288 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.