♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 17-08-2016, 13:00

“Facebook Messenger”ə SMS funksiyası əlavə edildi

“Facebook Messenger”ə SMS funksiyası əlavə edildi
“Facebook Messenger”ə SMS funksiyası əlavə edildi

“Facebook” şirkəti özünün “Messenger”inə “Android” əməliyyat sistemi ilə işləyən bütün cihazlar üçün SMS qəbulu və göndərilməsi üçün funksiyanı əlavə edib.

Hazırda əlavə beta-rejimdə işləmək üçün istifadəyə verilib və onu “Google Play Market”də yeniləyərək yükləmək mümkündür.

Funksiya sərbəst yükləmədə və tam versiya olaraq istifadəsi mümkün olduqdan sonra “Android” sistemində işləyən smartfon və planşet istifadəçiləri “Facebook” sosial şəbəkəsinin mobil şəbəkəsi vasitəsilə SMS göndərə və qəbul edə biləcəklər.

Xidmətin tərtibatçıları qeyd edir ki, SMS funksiyası cihaz istifadəçisinin ünvan kitabçası ilə avtomatik rejimdə sinxronlaşdırılacaq. Həmçinin məlumat menyusunda iki pəncərə əlavə olunacaq. Bunların hər biri ayrı-ayrılıqda “Messenger”dəıki yazışmalara cavab verəcək.

Qeyd edilir ki, adıçəkilən xidmətin qiyməti, xüsusən də “Facebook” sosial şəbəkəsi vasitəsilə SMS məlumatın göndərilməsi hazırda istifadə olunan abunəçi trafiki ilə qeydə alınacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
641 656 662 630 589 594

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.