“Səssizliyin simfoniyası”
Peşman olmağına dəyməz, dedilər,
Hər şeyə yenidən başlamaq olar.
Necə də xoşbəxtsən, necə bəxtəvər,
Həmişə üzündən təbəssüm yağar.
Sən axı demədin, nəyin var sənin,
Boş ver, keçər bir gün, zamanla mütləq.
Hamı öz dərdini bilər ən çətin,
Əriyər qarların, tez tapıb şəfəq.
Bizə gərək deyil yaşadıqların,
Amma biz yaşasaq, bu çox önəmli.
Səni dinləyəcək bütün dostların,
Sonra deyəcəklər, nağıl çox qəmli.
Məsələn, sabahdan leysan yağacaq,
Özü də deyiblər, üç gün ard-arda.
Bax bizim dərdimiz bunlar olacaq,
Sən də poz kefini, biz ol bir az da.
Bu qədər vicdanlı olma, fikrimcə,
Lap dəysən xətrinə kiminsə bəzən.
Bizdən dəyişməyi ümid edincə,
Özündən özünə oyan gəl, hərdən.

Müəllif: Nicat Babaşov
Hər şeyə yenidən başlamaq olar.
Necə də xoşbəxtsən, necə bəxtəvər,
Həmişə üzündən təbəssüm yağar.
Sən axı demədin, nəyin var sənin,Boş ver, keçər bir gün, zamanla mütləq.
Hamı öz dərdini bilər ən çətin,
Əriyər qarların, tez tapıb şəfəq.
Bizə gərək deyil yaşadıqların,Amma biz yaşasaq, bu çox önəmli.
Səni dinləyəcək bütün dostların,
Sonra deyəcəklər, nağıl çox qəmli.
Məsələn, sabahdan leysan yağacaq,Özü də deyiblər, üç gün ard-arda.
Bax bizim dərdimiz bunlar olacaq,
Sən də poz kefini, biz ol bir az da.
Lap dəysən xətrinə kiminsə bəzən.
Bizdən dəyişməyi ümid edincə,
Özündən özünə oyan gəl, hərdən.

Müəllif: Nicat Babaşov






