Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 28-03-2020, 17:27

Daha bir ölümcül virus 176 can aldı - Hantavirus DEYİL

Daha bir ölümcül virus 176 can aldı - Hantavirus DEYİL
Koronavirus, hantavirus, indi isə Nigeriyada tüğyan edən "Lassa" virusu can almağa davam edir.

LOADİNG.AZ-ın outbreaknewstoday-a istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyi martın 16-dan 22-dək burada 28 nəfər virusa yoluxduğunu bildirib.

Ondan bir həftə öncə virus 51 nəfərdə aşkarlanıb. Nəticədə isə Nigeriyada "Lassa" xəstələrinin sayı 932 nəfərə çatıb.


Eyni müddətdə 2019-cu ildə bu xəstəlik 510 nəfərdə qeydə alınıb.

2020-ci ildə virusdan ölənlərin sayı 176-ya çatıb.

Qeyd edək ki, siçanlardan (onların ifrazatlarından) insana və insandan insana keçən, hərarətin qəfil yüksəlməsinə və ölümə səbəb olan bu xəstəlik ilk dəfə 1969-cu ildə ortaya çıxıb və hazırda Nigeriyanın 29 əyalətində yayılmış vəziyyətdədir. Tibb işçiləri insanlara təmizliyə riayət etməyi, siçan və bənzər heyvanlardan uzaq durmağı tövsiyə edir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 357 349 362 338 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.