Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 21:30

Koronavirus xəstəsinin sevgilisinə yazdığı SON MESAJ — Tezliklə görüşəcəyik

Koronavirus xəstəsinin sevgilisinə yazdığı SON MESAJ — Tezliklə görüşəcəyik
Uelsdə koronavirusdan dünyasını dəyişən ingilis, son mesajında sevgilisinə tezliklə görüşəcəklərinə söz verib.
47 yaşlı kişi xəstəliyin ilk əlamətlərini hiss etdikdən sonra evdə, özünü təcrid etmək qərarına gəlib.Bu zaman ərzində o, sevgilisi ilə görüşməyib. Sevgilisi onu həkimə müraciət etməyə razı sala bilməyib. O, həkimlərin daha vacib işləri olduğunu bildirərək bundan imtina edib.

Bazar ertəsi günü sevgilisi, onun karantində olduğu üçün uzun müddət görüşə bilməyəcəklərindən çox məyus olduğunu yazıb.

Kişi isə ona “Ağılsız olma, tezliklə görüşəcəyik",- deyə bildirib.
Lakin koronavirus xəstəsinin vəziyyəti getdikcə pisləşdiyi üçün onların görüşü baş tutmayıb.

Bu, Uels sakininin sevgilisinə göndərdiyi son mesaj olub. O, bir daha zənglərə cavab verməyib. Bundan narahat olan qonşusu kişinin evinə gəlib. O, evə daxil olanda 47 yaşlı kişinin cansız bədəni ilə qarşılaşıb. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 313 322 306 299 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.