Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 23:49

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb.

O qeyd edib ki, hazırda həmin təkliflərə baxılır və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri "Modern.az" saytı verib. Məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 389 321 300 282 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.