Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 23:17

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Məşhəd şəhərinin İmam Rza xəstəxanasında yeni koronavirusa (COVID 19) yoluxmuş körpə dünyaya gəlib.

LOADİNG.AZ Trend-ə istinadən bildirir ki, bunu İranın Məşhəd Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü doktor Əhməd Şah Fərhət deyib. Onun sözlərinə görə, körpəni dünyaya gətirən ana koronavirusa yoluxmaqda şübhəli bilinirdi. 900 qramlıq körpə dünyaya gəldikdən sonra analizlər götürülüb və nəticə pozitiv elan olunub.

Fərhət əlavə edib ki, indiyədək Məşhəddə koronavirusa yoluxmuş 4 ananın övladı dünyaya gəlib. 3 körpədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (30 mart) 41 495 nəfərin koronavirusa yoluxduğunu, 2 757 nəfərin öldüyünü, 13 911 nəfərin sağaldığını təsdiqləyib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 336 340 343 391 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.