amon

amon Xəbərlər 1-04-2020, 01:55

Azərbaycanlı aparıcıdan təqdirəlayiq addım

Azərbaycanlı aparıcıdan təqdirəlayiq addım
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə artıq sosial aksiyaya çevrilmiş #evdəqal çağırışına daha bir məşhur sima qoşulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı Mümtaz Xəlilzadə efirdən tamaşaçılara səslənib. Gənc diktor “Xəbərlər”in növbəti buraxılışını bu sözlərlə tamamlayıb:

“Hörmətli tamaşaçılar, bizi izləməyə davam edin. Əmin ola bilərsiniz ki, evdə oturub televizora baxmaq, reanimasiyada uzanıb tavana baxmaqdan daha yaxşıdır. Salamat qalın, ən əsası sağlam qalın”.

Aparıcının bu çağırışı sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub və həmkarları tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Mümtaz Xəlilzadə bir sıra rəsmi dövlət tədbirlərinin və Azərbaycan Televiziyasının efirində yayımlanan intellektual verilişlərin aparıcısı olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 289 339 259 330 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.