HASANLY

HASANLY Məşhurlar 1-04-2020, 15:47

"Bilirsiniz kartof-soğan neçəyədir? Budur insanlıq?!" – Niyam Salami "od püskürdü"

"Bilirsiniz kartof-soğan neçəyədir? Budur insanlıq?!" – Niyam Salami "od püskürdü"
Tanınmış müğənni Niyam Salami sosial şəbəkə hesabında video paylaşıb.

İfaçı koronavirusdan istifadə edərək marketlərdə qiymətləri artıranlara sərt etiraz edib. O apteklərdə maska tapmadığını, qiymətlərin bahalaşdığını bildirib:

"Bədbəxtlik baş verib. Bir azdan yaşadığınız kənddən kənara çıxa bilməyəcəksiniz. Hamınız evə girin, hamınız evdə qalın. Baxın, maska da tapa bilmirik. Başqa vaxt deyirlər ki, müğənnilər elə, müğənnilər belə. Mən də müğənniyəm, amma maska tapa bilmirəm. 6 aptekə girmişəm, maska tapa bilmədim. Ölməmək üçün yox, həyətdə ağac, gül filan əkirəm ona görə. Marketə girmisiniz? Marketlərdən xəbəriniz var?! Budur müsəlmanlıq?"


N.Salami Koronavirusla Mübarizəyə Dəstək Fonduna 6-7 min manat pul göndərənlərə də iradını bildirib:

"Fonda pul göndərirsiniz, 6-7-10 min manat, lazım deyil pul göndərmək, dövlətin fondunda pul da var, hər şey var. Yeri gələndə, biz başqa dövlətlərə yardım göndəririk, özünüz görürsünüz. Bizim kimi xırda insanların fonda 3-5 min pul göndərməyi lazım deyil, pulunuz varsa, gedin öz qohum-əqrəbanıza kömək edin, xərcləyin, gördünüz yenə artıq qalır, dostlarınıza xərcləyin, yenə artıq qalsa, kasıb-kusuba əl tutun. Bax budur, insaniyyət. Marketlərdə bilirsiniz kartof-soğan neçəyədir? Gedin bir baxın! Budur insanlıq?!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 475 382 374 415 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.