Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 21:21

Baş infeksionist: "COVID-19 mövsümi xəstəliyə çevrilə bilər"

Baş infeksionist: "COVID-19 mövsümi xəstəliyə çevrilə bilər"
“Yüksək temperatur, öskürək, halsızlıq, nəfəs daralması - COVID-19, demək olar ki, hər ölkədə özünü yeni simptomlarla göstərir.

Mutasiyaya uğramış bu virus bəzən insanda heç bir əlamət olmadan da qeydə alına bilər. Əgər əvvəllər ancaq xəstə insanların qoruyucu maskalardan istifadəsi tövsiyə olunurdusa, indiki vəziyyətdə bu virusdan hamı qorunmalıdır“. 

Oxu.Az xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-yə müsahibəsində deyib.

O bildirib ki, yeni virusun soyuq havada daha çox yaşama ehtimalı var:

“Buna görə də, payızda yeni dalğa gözləniləndir. COVID-19-un mövsümi xəstəliyə çevrilməsi ehtimalı var“. 

Baş infeksionist koronavirusa müqavimət göstərmək üçün insanlara spirtli içkilərdən və siqaretdən imtina etməyi tövsiyə edir: "Ən əsası isə, hər kəs sosial izolyasiya qaydalarına riayət etməlidir". 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 285 276 287 283 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.