Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 21:21

Koronavirus fonunda hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

Koronavirus fonunda hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO
Son günlər koronavirus pandemiyası ilə əlaqədar hər kəsin internetdən kütləvi istifadə etdiyi bir vaxtda hakerlər bu fürsətdən yararlanaraq fişinq hücumları, saxta domen və məlumatlarla insanları kampaniya və ya ianə adı ilə aldatmağa çalışır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.

"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər", - deyə Mərkəzdən bildirilib.

Koronavirus fonunda hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTOKoronavirus fonunda hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 374 355 377 333 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.