Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-04-2020, 12:12

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi

Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi
Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. 

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. 

Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.
Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 347 339 298 318 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.