Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 17:14

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb
Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 36 nəfər artıb, bunlardan 35-i “gətirilmiş” hallardır.

“Report” TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının 7 nəfər artaraq 186-ya çatdığı bildirilib.

Qeyd olunub ki, martın 31-i saat 00:00-a olan məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 81 554 nəfərə çatıb, xəstələrdən 76 238 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb, 3 312 ölüm hadisəsi qeydə alınıb.

Hubey əyalətində son sutka ərzində yalnız bir yeni yoluxma hadisəsi qeydə alınıb ki, bu da “gətirilmə”dir. Virusun yayılma mərkəzi olan Uhanda 6 nəfər ölüb, 173 nəfər sağalıb.
Daha 1 ölüm halı Şanxayda qeydə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 367 362 351 373 345

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.