Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 1-04-2020, 22:40

Çin koronavirusa səbəb olan yarasaları yenidən satışa çıxardı

Çin koronavirusa səbəb olan yarasaları yenidən satışa çıxardı
Çin dünyada 34 mindən artıq insanın ölümünə səbəb olan koronavirusun yayıldığı vəhşi heyvan bazarını yenidən açıb.


LOADİNG.AZ ölkə.az-a istinadən bildirir ki, Çində koronavirus təhlükəsi səngidiyi üçün vəhşi heyvanların satışına yenidən başlanılıb. Hətta bu bazarlarda yarasaların da satıldığı görüntülənib. ''Daily Mail''in xəbərinə görə Pekin vəhşi heyvanların satışına qadağa qoysa da bəzi əyalətlərdə buna əməl olunmur. Belə ki, satıcılar bazarın və heyvanların kamera ilə görüntülənməsinə etiraz ediblər. Vitrinlərdə yarasa, timsah, ilan əqrəb, porsuq, dağ siçanı və digər vəhşi heyvanların əti satılır. Üstəlik həmin mağazaların qarşısındakı reklam lövhələrinə zəhərli heyvanların fotolarını yerləşdirərək onları dərman vasitəsi kimi satdıqlarını da qeyd ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 264 325 278 289 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.