HASANLY

HASANLY Xəbərlər 2-04-2020, 16:34

Baş infeksionistdən metil spirtindən ölənlərlə bağlı: "İçmək üçün koronavirusu bəhanə ediblər"

Baş infeksionistdən metil spirtindən ölənlərlə bağlı: "İçmək üçün koronavirusu bəhanə ediblər"
Xəbər verdiyimiz kimi, martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Metil spirti" zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib. Onlardan 4-nün öldüyü bildirilib.

Bununla bağlı Sonxeber.az-a danışan Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev açıqlama verib. O, həmin insanların koronavirusu bəhanə edərək spirt içmək istədiklərini bildirib:


"Ölkəmizdə "Metil" spirtini 3 ay bundan əvvəl də qəbul edərək, dünyasını dəyişənlər var idi. Təkcə metil spirti deyil, adi spirt, lap olsun araq içmək koronavirusdan qorumur. Əksinə, bu vasitələr daxilə qəbul olunarsa, immun sistemi aşağı düşər, virusun təsiri daha güclü olar. Ona görə də "spirt bizi koronavirusdan qoruyacaq" fikri tamam yanlış fikirdir".

Baş infeksionist Cəlal İsayev həmçinin, koronavirusa görə insanların bəzi təbii qidalara üstünlük verməsindən də danışıb. Həkim sarımsaq və bəzi tərəvəz məhsullarının koronavirusdan qoruyucu effektə malik olmadığını bildirib:

"Sarımsaq və digər vasitələr koronavirusa yoluxmaya heç bir müsbət təsirə malik deyil. Sarımsaq, soğan antioksidantdır. Qəbul etdiyimiz bitki tərkibli qidaların və vasitələrin insanın orqanizminə immun sistemini gücləndirmək nöqteyi- nəzərindən xeyri var, amma virusa təsiri yoxdur. Orqanizmin ümmun sistemi güclü olarsa, virusa qarşı müqaviməti də güclü ola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 429 399 332 341 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.