Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 3-04-2020, 11:46

Məşhur müğənninin anasına hücum olundu - Rusca danışdığına görə

Məşhur müğənninin anasına hücum olundu - Rusca danışdığına görə
Rusiyanın məşhur müğənnisi Lolita Milyavskayanın anası Kiyevdə hücuma məruz qalıb.

qafqazinfo xəbər verir ki, Lolitanın sözlərinə əsasən, hadisə anasının onun qızı Evanı məktəbdən gətirərkən baş verib. Naməlum şəxs anasına arxadan hücum edərək başından zərbə vurub, qızına isə heç bir şiddət göstərməyib.

Sənətçi qeyd edib ki, hücuma səbəb yaşlı qadının rus dilində danışması olub. Lolita təcavüzkarın tək olduğunu qeyd edərək onu psixopat adlandırıb. Bu hadisədən sonra Lolita ailəsi üçün bir mühafizəçi təyin edib.

Qeyd edək ki, Lolita 2017-ci ildə Krıma səfər etdiyi üçün Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 449 488 454 451 438

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.