Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-04-2020, 11:46

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi
Böyük Britaniyanın Kent qraflığında üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəlib.

39 yaşlı Karen Mannerinq hamiləliyinin səkkizinci ayında koronavirusa yoluxub.

O, gözlərində ağrı və hərarətlə martın 12-də xəstəxanaya müraciət edib.

38,5 və 39,9 dərəcə hərarəti olan qadın ağ ciyərlərində dəhşətli ağrılar olduğunu deyib:

"Ən dözülməzi gözlərimdə olan ağrı idi. Ağrıdan gözümü açıb baxa bilmirdim".

Xəstəxanaya yatırılandan dörd gün sonra həkimlər ona koronavirus və ikitərəfli pnevmoniya diaqnozu qoyublar.

Bir həftə müalicə alan qadın sonradan bu prosesi evində davam etdirib.

İndi sağalan və evində karantində olan qadın yalnız dünyaya gələcək körpəsinin sağlamlığından nigarandır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 311 326 309 313 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.