HASANLY

HASANLY Xəbərlər 3-04-2020, 16:40

Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR
“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiqlənib.

Loading.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Sözügedən sənəd hakimlərin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsi qaydalarını və metodologiyasını müəyyənləşdirir.


Qaydalarda yazılıb ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin, sədrlərin fəaliyyəti beş ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.

Məhkəmə-Hüquq Şurasının bu fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən olunmuş üzvü həmin hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair daxil olmuş rəyləri, məlumatları öyrənir və onun barəsində yekun rəy hazırlayır.

Qiymətləndirmə materialları Məhkəmə-Hüquq Şurasının iclasında baxılmasına ən geci üç gün qalmış Şura üzvlərinə təqdim edilir.

Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə Məhkəmə-Hüquq Şurasının qərarından “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq, şikayət verilə bilər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 329 342 322 287 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.