HASANLY

HASANLY Xəbərlər 3-04-2020, 20:49

Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirdi

Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirdi
Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisdən  verilən məlumata görə, iclası komitə sədri Sadiq Qurbanov açaraq gündəlik barədə məlumat verib.

Bildirilib ki, müzakirəyə bir məsələ - "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Yeyinti məhsulları haqqında" qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təqdim edilib.


İclasa internet vasitəsi ilə qatılan komitə üzvləri məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar. Deputatlar qanunlara təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.
Komitə sədri müzakirələrə yekun vuraraq məsələnin əhəmiyyəti barədə danışıb.

Tədbirin sonunda gündəlikdəki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 446 388 404 431 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.