Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-04-2020, 21:28

Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?
Azərbaycanda koronavirus xəstələrinin bölgələr üzrə dəqiq təsnifatı yayımlanıb. 

LOADİNG.AZ koronavirusinfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlar ümumi xəstələrdən 149-u Bakı şəhərində qeydə alınıb. 

Paytaxt rayonları üzrə ən çox xəstə Yasamal(27), Binəqədi (23), Nəsimi (23), Nərimanovun (19) payına düşür. Abşerondan xəstələrinin sayı 9, Sumqayıtda isə 6-ya bərabərdir. 

Bakının digər rayonları üzrə göstəricilər belədir: 

Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2 

Qeyri-müəyyən - 6 

Əyalətlərdə isə ən çox xəstə Lənkəranda (18) və Cəlilabaddadır (15). 98 nəfər koronavirusa yoluxan şəxs isə ölkə xaricindən gələnlərdir. 

Digər bölgələr üzrə göstəricilər belədir: 

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1. 

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 330 390 343 372 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.