Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 4-04-2020, 09:09

Koronavirusa qarşı peyvənd hazırlandı - ŞOK AÇIQLAMA

Koronavirusa qarşı peyvənd hazırlandı - ŞOK AÇIQLAMA
Dünyada 1 milyondan çox insanda aşkarlanan və 53 mindən çoxunun ölümünə səbəb olan koronavirus ilə bağlı ümidverici addım ABŞ-ın Pitsburq şəhərindən gəlib.


Pitsburq Universiteti Tibb fakültəsində aparılan araşdırmalar nəticəsində virusla mübarizə aparan antikor ifraz edən peyvənd hazırlanıb.


"EbioMedicine" dərgisində yayımlanan məqalədə bildirilib ki, peyvənd siçanlar üzərində sınaqdan keçirilib və müsbət nəticə əldə olunub. Yeni tapıntının pandemiyanın sürətini ciddi şəkildə azaldacağına ümid edilir.


Araşdırmanı idarə edən dosent Andrea Qambotto SARS və MERS kimi bənzər epidemiyalar zamanı qazanılan təcrübələr sayəsində vaksini hazırlaya bildiklərini dilə gətirib: "Peyvənd ənənəvi qrip peyvəndi kimi hazırlanıb. Bu yoluxucu protein bədəndə immuniteti gücləndirəcək".


Peyvənd artıq ABŞ Qida və Dərman İdarəsinə göndərilib, təsdiqi gözlənilir. İcazə verilsə, bir neçə ay içində insanlar üzərində kliniki sınaqlarına başlanılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 312 336 291 350 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.