Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 4-04-2020, 09:09

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU - FOTO

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU - FOTO
Yeni növ koronavirus həmçinin nəcis vasitəsilə yoluxdurula bilər.


LOADİNG.AZ Publika.az istinadən xəbər verir ki, COVID-19-un artıq nəcis və sidik ifrazatı ilə də yayılması haqda fərziyələr dəqiqləşib.


Amerika Səhiyyə Assosiasiyasının jurnalında yayımlanan məqalədə deyilir ki, bəzi xəstələrdə ilk mərhələdə ishal və qusma halları müşahidə olunub. Qızdırma və öskürək qeydə alınmayıb.


Diareya (ishal) koronavirusu sürətlə yayan ikinci vasitədir. Hətta Çinin Uhan şəhərində ilk yoluxanların 10 faizi bu yolla daşıyıcıya çevrilmişdi. Lakin mütəxəssislər bu durumdan xəbərsiz olduqları üçün əsas diqqəti nəfəs və tüpürcəklə keçən koronavirusa yönəltmişdilər. Hətta Amerikada ilk yoluxan şəxs də virusu nəcis vasitəsilə yayıb.


Sauthempton Universitetinin mütəxəssisi Uilyam Kivil bildirib ki, COVID-19 nəcis və sidik ifrazatı ilə yoluxdurulur. Odur ki, tualet və hamamı maksimal şəkildə təmiz saxlamaq, havanı tez-tez təravətləndirmək vacibdir.


"Virusun orqanizmdən xaric olandan sonra nə qədər aktiv qalacağı haqda bilgimiz yoxdur. Həmçinin hansı temperaturda məhv olduğu məlumatına sahib deyilik. Odur ki, gigiyenik qaydalara əməl edin, tualetinizi təmiz saxlayın", - Toronto Universitetinin professoru Devid Fisman deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
345 321 342 295 276 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.