HASANLY

HASANLY Xəbərlər 4-04-2020, 11:38

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər
Çinin Uhan şəhərində giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, buna səbəb şəhərdə koronavirusdan 4 yeni ölüm faktının qeydə alınmasıdır.

Hazırda şəhərdə 1 727 nəfər müalicə alır.


Qeyd edək ki, son bir ayda Çin hökuməti ölkədə, xüsusilə də virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizli saxlayır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 990 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 334 325 335 321 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.