Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 10-04-2020, 11:44

Psixologiyada yeni termin - "KOVİDOFOBİYA"

Psixologiyada yeni termin - "KOVİDOFOBİYA"
Moskva sakinləri "kovidofobiya"dan əziyyət çəkirlər.

LOADİNG.AZ-ın "İnterfax"-a istinadən verdiyi xəbərə görə, bu barədə Qannuşkina adına 4 nömrəli psixiatrik xəstəxanasının baş həkimi Larisa Burıgina deyib.

Onun sözlərinə əsasən, paytaxt sakinlərinin əksəriyyəti koronavirusun yayılmaq qorxusu səbəbilə psixoloji yardım xidmətinə müraciət edirlər.

Psixiatr insanların çox vaxt küçəyə çıxıb virusa yoluxmaqdan qorxduqlarını qeyd edib. O bu fenomeni "kovidofobiya" adlandırıb.

Burıgina insanların müxtəlif səbəblərdən mütəxəssislərə müraciət etdiyini bildirib. Həkim hesab edir ki, özünü təcrid vəziyyətində əsas ürəyini boşaltmaq və dinlənilmiş olmaqdır.

Ümumilikdə psixoloji yardım xidmətinə 200 nəfər müraciət edib. Qaynar xəttə daha çox 35-50 yaş arası qadınlar zəng edirlər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 464 455 436 492 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.