Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 11-04-2020, 19:30

Amerikada yaşayan azərbaycanlı məşhur - Virusa yoluxan tanışlarım var

Amerikada yaşayan azərbaycanlı məşhur - Virusa yoluxan tanışlarım var
“Amerikada evdən çıxmaqla bağlı sərt qadağalar qoymayıblar, amma insanlar məsuliyyəti dərk edib evdən bayıra çıxmır lazım olmadıqca. Nyu-Yorkda bu cürdür. Çıxanlar da maksimum distansiya saxlayıb tapşırılan qaydalara əməl edirlər. Bizimkilərə bu qədər məhdudiyyətlər qoyulmasına baxmayaraq, hələ də evdən 2-ci, 3-cü dəfə çəxa bildiklərinə görə deyinirlər!”


Bu sözləri Amerikada yaşayan eks-aparıcı Günel Hümbətova sosial şəbəkədə yazıb.

Məşhur bloger karantin rejiminin qaydalarına əməl etməyənlərə öz iradını bildirib: “Ay gözəl insanlar, bu karantindir! KARANTİN! Evdə oturmağınız sizin özünüzə, ailənizə əhəmiyyətli olmalıdır! Hələ də virusun olduğuna şübhə edən insanlardan mesajlar alıram! Açın, oxuyun, dünyada baş verənləri izləyin. “Yoluxan tanışınız var?” kimi boş-boş suallar verməyin. Bəli, mənim onlarla yoluxan tanışlarım və onların qohumları var və gün-gündən artır. Sizi çox pis öyrədiblər, gözünüzlə görməyincə inanmırsız”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
368 446 389 386 462 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.