Kənan Heydərov

Kənan Heydərov İdman 15-04-2020, 18:04

UFC yarışları nə zaman qayıdır? - TARİX AÇIQLANDI

UFC yarışları nə zaman qayıdır? - TARİX AÇIQLANDI
Mütləq Döyüş Çempionatı (UFC) mayın 9-da yarışlara start verməyi planlaşdırır.

LOADiNG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalist Bret Okamoto öz "Twitter" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, turnirdə üç döyüş baş tutacaq.

Mayın 9-da amerikalılar Toni Fergüson və Castin Qetji müvəqqəti UFC çempionu kəməri uğrunda mübarizə aparacaqlar.

Bundan əlavə, 42 yaşlı rusiyalı Aleksey Oleynikin keçmiş braziliyalı çempion Fabrisio Verdum ilə döyüşü planlaşdırılır.

Xatırladaq ki, aprelin 10-da "UFC 249" və digər turnirlərin qeyri-müəyyən müddətə təxirə salındığı elan olunmuşdu. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
394 455 433 400 449 394

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.