Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 15-04-2020, 18:06

Kişi ona "koronavirussan, məndən uzaq gəz" deyən arvadını döyüb öldürdü

Kişi ona "koronavirussan, məndən uzaq gəz" deyən arvadını döyüb öldürdü
Koronavirusla əlaqədar olaraq daha bir cinayət hadisəsi törədilib.

LOADİNG.Az Mirror-a istinadla xəbər verir ki, koronavirus testi müsbət çıxan kişi arvadını döyərək qətlə yetirib.

Hadisə Londonun Edmonton səmtində baş verib.

Hüseyin Egal adlı 65 yaşlı kişi 57 yaşlı Maryan İsmayıl adlı qadını döyə-döyə öldürüb. Buna səbəb isə qadının ərinə "koronavirussan, məndən uzaq dur" deməsi olub.

Qonşular evdəki səs-küylə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər qadının öldüyünü görüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
299 309 269 324 274 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.