amon

amon Xəbərlər 20-04-2020, 19:39

İki uşağını öldürən arvadıyla boşanmaq üçün 63 min manat ödəməlidir

İki uşağını öldürən arvadıyla boşanmaq üçün 63 min manat ödəməlidir
İngiltərə sakini qızını və oğlunu qətlə yetirən arvadından boşanmaq üçün 30 min funt sterlinq (təxminən 63 500 manat) ödəməlidir.

Loading.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə "The Sun" yazır.

Hadisə 26 dekabr 2018-ci il tarixində baş verib. Samanta Ford adlı qadın bir neçə ay öncə onu tərk edən ərindən qisas almaq üçün əkiz övladlarını hamamda boğub.

Bir ay sonra Cek və Xloenin 2 yaşı olacaqdı.


Hadisənin səhəri günü qadın saatda 160 km sürətlə maşın sürərkən saxlanılıb. Polisə açıqlamasında "Övladlarımı öldürmüşəm. Xahiş edirəm, imkan verin, özüm də ölüm" deyib.

Uşaqları qəsdən öldürmədiyini iddia edən Samanta 2019-cu ildə 10 il həbs cəzasına məhkum olub, lakin hazırda psixiatrik xəstəxanada müalicə alır.

Uşaqların atası Stiven hazırda boşanmaq hüququ uğrunda psixiatriya palatası ilə mübarizə aparır. Bu evliliyi ləğv etmək üçün hüquqi xidmətlər ona 30 min funt sterlinqə başa gələcək. Stiven Aşford şəhərindəki evini satmaq məcburiyyətində olacağından qorxur:

"Aydındır ki, o, məni mümkün qədər cəzalandırmaq və həyatımı maddi və mənəvi cəhətdən məhv etmək istəyir... Yaşadığım hər şeydən sonra evimi də itirə biləcəyimi düşünmək qorxuncdur. Özümə və ailəmə rahat bir həyat qurmaq üçün çox çalışmışam, bu ev isə əlimdə qalan yeganə şeydir..."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 347 329 316 303 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.