amon

amon Xəbərlər 20-04-2020, 19:41

İranda ticarət mərkəzləri və mağazalar açıldı

İranda ticarət mərkəzləri və mağazalar açıldı
Bu gündən etibarən İran hökuməti koronavirusla əlaqədar tətbiq edilən sərt karantin rejimini yumşaltmağa başlayıb.

Loading.az "Report"a istinadən xəbər verir ki, artıq beynəlxalq magistral yollar, həmçinin ticarət mərkəzləri və mağazalar açılıb.

Obyektlər yerli vaxtla saat 18:00-dək fəaliyyət göstərə biləcək.

Bununla belə, restoran, idman zalı və digər ictimai müəssisələrin fəaliyyəti hələlik bərpa edilməyib.

Ramazan ayının gəlməsinə baxmayaraq, məscid və digər dini obyektlər də bağlı olaraq qalır.

Xatırladaq ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 83,5 mini ötüb. Bunlardan 59 273 nəfər virusdan sağalsa da, 5 209 nəfər ölüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 334 357 344 338 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.