amon

amon Xəbərlər 21-04-2020, 13:15

Komitə sədri bir sıra dövlət rüsumlarının azaldılmasını şərh etdi

Komitə sədri bir sıra dövlət rüsumlarının azaldılmasını şərh etdi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkədə və Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin azaldılması ilə bağlı qanun layihəsini şərh edib.

T.Mirkişili açıqlamasında deyib ki, müvafiq sahədə dövlət rüsumlarının azaldılmasını nəzərdə tutan qanun layihəsi sosial yönümlülük prinsiplərinə əsaslanır.

Deputatın fikrincə, sözügedən əməliyyatlara görə ölkə daxilində tətbiq olunan bir sıra dövlət rüsumları ilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində həyata keçirilən eyni xidmət və hüquqi hərəkətlər üçün rüsumlar arasında kəskin fərqlər mövcuddur.

“Azərbaycanda dövlət qurumları tərəfindən nikahın qeydə alınmasına görə beş manat, sənədlərin sorğu əsasında alınmasına görə hər sənəd üçün dörd manat, sənədlərin leqallaşdırılmasına görə dörd manat, etibarnamələrin notarial təsdiqinə görə 5-20 manat, sənədlərdəki imzanın həqiqiliyinin təsdiqinə görə iki manat rüsum müəyyən edilir. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə isə bu rəqəmlər müvafiq olaraq 40, 25, 50 və 60 ABŞ dolları təşkil edir”, - deyə, T.Mirkişili fərqləri izah edib.

O xatırladıb ki, xaricə səfər edən Azərbaycan vətəndaşları sənədlərini itirərsə, onlara ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə tutulan rüsum 40 dollardır.

“Bu isə çətin vəziyyətə düşmüş vətəndaşlar üçün yüksək məbləğdir”, - deyə, komitə sədri əlavə edib.

Bildirək ki, Azərbaycanın diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılması üçün “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bununla da bir sıra hüquqi xidmətərə görə təyin olunan dövlət rüsumunun məbləğləri aşağı salınır. (oxu.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 323 341 265 355 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.