amon

amon Xəbərlər 21-04-2020, 13:17

İmtahanlar onlayn keçirilə bilər - RƏSMİ

İmtahanlar onlayn keçirilə bilər - RƏSMİ
“Onlayn imtahanlarla əlaqədar müəyyən araşdırmalar aparmışdıq. Burada ədalətlilik prinsipi əsasdır. İmtahan üçün hamının evində müəyyən proqram təminatı, kompüter, kamera və digər əşyalar olmalıdır. Biz bu məsələyə də baxırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ xüsusi karantin qaydalarının dəyişməsindən asılıdır:

“Onlayn imtahan keçirmək üçün imtahanın təhlükəsizliyini izləmək çox ciddi texniki məsələdir. Bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bunlar kompleks məsələdir.

Burada təkcə onlayn yox, oflayn imtahanlar da müzakirə olunur. Bunu Təhsil Nazirliyi ilə də məsləhətləşirik ki, həmin prosesi izləmək nə qədər mümkündür”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 337 349 418 294 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.