amon

amon Xəbərlər 21-04-2020, 19:45

"Koronavirusun dərmanıdır" deyib canlı yayımda içdi.

"Koronavirusun dərmanıdır" deyib canlı yayımda içdi.
Loading.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, "Covid Organics" adlanan bu içki Madaqaskar Tətbiqi Tədqiqatlar İnstitutu tərəfindən hazırlanıb və malyariyanın müalicəsində istifadə olunan artemisia bitkisi və bir çox digər şəfalı bitkilərin qarışığından ibarətdir.

"Twitter" hesabında "Covid Organics"ın fotosunu paylaşan Racolina dərmanların yoxsullara pulsuz veriləcəyini, digərlərinə də çox münasib qiymətə satılacağını və gəlirin dərmanı daha da inkişaf etdirmək üçün istifadə olunacağını bildirib..

Qeyd edək ki, koronavirusdan heç kimin ölmədiyi və cəmi 121 nəfərin bu xəstəliyə yoluxduğu ölkədə 44 nəfər virusdan sağalıb.

Vyetnam müharibəsi zamanı Çin alimləri tərəfindən malyariyanın müalicəsində istifadə olunan artemisia uzun müddət laboratoriyalarda sınaqdan keçirilib.

Nəhayət, Çin doktoru Yuyu Tu malyariyanın müalicəsində yüksək təsir göstərən "artemisinin" maddəsini aşkar edib ayırdığı üçün 2015-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülüb.

Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki mənşəli dərmanların və ənənəvi tibbin koronavirus əlamətlərini yüngülləşdirdiyini etiraf edib, lakin bu maddələrin xəstəliyin qarşısını aldığına və ya müalicə etdiyinə dair bir dəlil olmadığını bildirib.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 347 348 323 361 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.