Kənan Heydərov

Kənan Heydərov Texnologiya 22-04-2020, 20:26

Redmi brendi gələn həftə baha olmayan planşet modeli təqdim edə bilər

Redmi brendi gələn həftə baha olmayan planşet modeli təqdim edə bilər
Xiaomi şirkətinin son planşet modelinin satışa çıxmasından artıq 2 il ötüb. Bu səbəbdən də ehtimal olunurdu ki, şirkət artıq planşet istehsalı ilə məşğul olmayacaq. Lakin yeni çıxmış məlumata əsasən artıq gələn həftə Redmi brendi öz planşet modelini təqdim edə bilər.

Redmi brendi gələn həftə baha olmayan planşet modeli təqdim edə bilər

BiG.AZ-ın tecnote.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Techindeep.com saytı xəbər verib. Verilmiş məlumata əsasən Redmi Pad 5G adını əldə edəcək planşet modeli planşetlər üçün optimizasiya edilmiş MIUI 12 istifadəçi interfeysini əldə edəcək.

Həmçinin məlumatda qeyd edilib ki, Redmi Pad 5G planşeti 90 Hz tezlikli təsvir yenilənməsinə sahib tam çərçivəsiz ekran, 8 nüvəli Snapdragon 765G prosessoru, 48 MP-lik arxa kamera, 30 vatt gücündə sürətli şarj texnologiyası və 4 ədəd səsgücləndirci ilə təchiz olunacaq. Adından da bəlli olduğu kimi sözügedən planşet modeli 5G şəbəkə dəstəyini əldə edəcək. Məlumata əsasən Redmi Pad 5G planşeti 283$ qiymətində satışa çıxacaq. Məlumatda qeyd edilib ki, planşet 27 aprel tarixində MIUI 12 istifadəçi interfeysi ilə birlikdə təqdim olunacaq. Buna baxmayaraq heç istisna deyil ki, ortaya çıxmış planşet fotoları nəticədə saxta olsunlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 603 603 547 598 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.