Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 22-04-2020, 22:46

Daha bir ölkədə ölümcül epidemiya yayıldı - Yüz minlərlə insan yoluxdu

Daha bir ölkədə ölümcül epidemiya yayıldı - Yüz minlərlə insan yoluxdu
Malayziyada danq qızdırması epidemiyası yayılıb.

Son 4 ayda 38 min 240 nəfər infeksiyaya yoluxub.

Bu barədə məlumatı Malayziya Səhiyyə Nazirliyinə aid “iDengue” saytı yayıb.

29 dekabr-21 aprel tarixləri arasında aparılan statistik araşdırmalara görə, paytaxt Kuala Lumpurda 2 min 906, Selanqor əyalətində isə 23 min 22 yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. Elm adamları kəskin istilər və uzun sürən yağışların qızdırma, danq infeksiyası daşıyan ağcaqanadların artmasına səbəb olduğunu bildirir.

Son rəqəmlərə görə, Malayziyada 5 min 482 koronavirusa yoluxma qeydə alınıb. 92 nəfər ölüb. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 390 296 254 308 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.