Gulusum

Gulusum Xəbərlər 23-04-2020, 12:57

Azərbaycanda 18 yaşına çatmayan qızla evlənən həbs edilə bilər

Azərbaycanda 18 yaşına çatmayan qızla evlənən həbs edilə bilər
Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədilə Cinayət Məcəlləsinin 152-ci maddəsinin adında “on altı yaşına” sözlərinin “on səkkiz yaşına” sözləri ilə əvəz edilməsini təklif edir.

Loading.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatında qeyd olunub. Ombudsman həmçinin, maddənin qeyd hissəsinin həmin məcəllədən, eyni zamanda, Ailə Məcəlləsinin 10.2-ci maddəsinin Məcəllədən çıxarılmasını təklif edir.

Qeyd edək ki, 10.2-ci maddənin tələbinə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin  müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
CM-in 152-ci maddəsində isə yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə öz əksini tapıb. Bu əmələ görə şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ps__ Əgər həps olsa məncə yaxşı Olar 16 _18 Yaş uşaqdı məCbur evilikdə olmaz Karyerasını qurmağını iStiyerdim Hər bir qadının   

Evliik sevgi hamısı Həmişə Var...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 384 313 308 268 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.