amon

amon Xəbərlər 23-04-2020, 18:49

SOCAR növbəti dəfə ahıllаra və aztəminatlı ailələrə ərzaq yardımı edib

SOCAR növbəti dəfə ahıllаra və aztəminatlı ailələrə ərzaq yardımı edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) paytaxtın müxtəlif rayonlarında ahıllаra və aztəminatlı ailələrə ərzaq yardımı davam edir.

"Report" xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 6-dan may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər. Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. SOCAR-ın yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək", - məlumatda qeyd edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 401 383 356 370 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.