Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 25-04-2020, 16:16

Koronavirus İkinci Dünya Müharibəsi ilə müqayisə olundu və...

Koronavirus İkinci Dünya Müharibəsi ilə müqayisə olundu və...
Amerikalı veteran Frenk Kon koronavirusu İkinci Dünya Müharibəsi ilə müqayisə edib.

Bu barədə o, "RİA Novosti"yə müsahibəsində danışıb.

Kon qeyd edib ki, Rusiya ilə ABŞ müttəfiq münasibətlərini bərpa etməlidirlər.

94 yaşlı Kon Nasist Almaniyasına qarşı 75 il öncəki mübarizəni hazırda ortaq düşmənlə mübarizə ilə müqayisə edərək, İkinci Dünya Müharibəsinin koronavirusdan daha təhlükəli olduğunu və daha çox insanın həyatına (xüsusən də SSRİ-də) son qoyduğunu vurğulayıb.

"Mənə elə gəlir ki, virusun yaranması ABŞ və Rusiyanın ortaq mövqe tutmasını gözəl nümayiş etdirir", - deyə veteran qeyd edib.

O, hər iki ölkənin o zaman da oxşar vəziyyətə düşdüyünü xatırladıb. Kon Rusiya və ABŞ-dakı siyasətçiləri bu fürsətdən yaxınlaşmaq və anlaşmaq üçün istifadə etməyə çağırıb.

Xatırladaq ki, mart ayında "Bloomberg" agentliyinin analitikləri koronavirusun təsirini 2008-ci ilin Böyük tənəzzülü, 11 sentyabr terroru, 1973-cü ilin neft böhranı və hətta İkinci Dünya Müharibəsindən də daha güclü olduğunu bildirmişdilər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 361 304 311 272 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.