_O.R.X.A.N_

_O.R.X.A.N_ Video, Klip 25-04-2020, 22:30

Aygün Kazımova ilə Miri Yusifin “İcazəli” dueti - VİDEO

Xalq artistləri Aygün Kazımova və Miri Yusif yeni layihələrini təqdim ediblər.
Loading.Az xəbər verir ki, şou-biznesin məşhur simaları bir araya gələrək sözləri Kamal KQB-yə, musiqisi isə Fərid Ağaya məxsus “İcazəli” mahnısını duet şəklində ifa ediblər.
Videoçarxda A.Kazımovanın imici və geyimi üzərində dünya şöhrətli dizayner və modelyer Rüfət İsmayıl çalışıb.
Promo çarx hər iki pop ulduzun rəsmi “YouTube” kanalında dinləyicilərin ixtiyarına verilib.
Qeyd edək ki, bu, Aygün Kazımova ilə Miri Yusifin sayca üçüncü duetidir.
                               
Əlavə olaraq bildirək ki, bundan öncə Xalq artistləri “Petrol” və “Bağışla” adlı mahnıları lentə alıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
526 521 456 452 458 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.