_O.R.X.A.N_

_O.R.X.A.N_ Xəbərlər 27-04-2020, 18:36

Bu ölkə koronavirusa qalib gəldiyini elan etdi

Bu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Yeni Zelandiya koronavirus epidemiyasına qalib gəldiyini elan edib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Epidemiyanın ilk günlərindən sərhədlərini bağlayan və sərt tədbirlər görən ölkədə ötən gün sadəcə, bir yeni yoluxma halı qeydə alınıb. Ölkədə sabahdan etibarən səhiyyə xidmətləri və təhsil sahəsindəki bəzi məhdudiyyətlər aradan qaldırılır.
Ölkənin sərhədləri isə açılmayacaq və digər tədbirlər də qüvvədə qalacaq.
“Bütün bunları vaxtında etməsəydik, gündə orta hesabla min yeni yoluxma qeydə alınacaqdı. Kollektiv səylərimizlə başımıza gələ biləcək ən pis bəlanı dayandırdıq və savaşı qazandıq”, - deyə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 334 338 270 313 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.