reklam
Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ https://sun.az/uploads/posts/2020-04/thumbs/1588085790_loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Texnologiya 28-04-2020, 18:58

Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ

Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ
Son zamanlar texnologiya inkişaf etdikcə, messencer xidməti göstərən proqramların sayı artıb. Smartfonlarda tətbiq olunan bu proqramların hətta mobil operator şirkətlərinin qazancını da xeyli azaltdığı güman edilir.

Artıq əksər məsələləri zənglə və “sms”-lərlə deyil, messencerdə yazışma, səsli mesaj, hətta videozənglə həll edirik.

Sirr deyil ki, hazırda ölkəmizdə (eləcə də bütün dünyada) yazışmaq üçün ən çox istifadə olunan sosial şəbəkə “Whatsapp”dır. Lakin bu proqram həm təhlükəsizlik, həm keyfiyyət baxımından dəfələrlə ciddi tənqidlərə məruz qalıb.

Ona “meydan oxuyan” messencer isə onun “Telegram”dır.

Onun daha etibarlı olduğu artıq bir çoxlarına məlumdur. "Whatsapp”da deyiləsi olmayan söhbətləri bir çoxumuz “Telegram”da aparırıq.

Nəzərə alaq ki, “WhatsApp” "Telegram"dan daha tez, 2009-cu ildə "Yahoo!" şirkətinin keçmiş işçiləri Brayan Akt və Yan Kum tərəfindən qeydiyyata alınıb. "Teleqram" isə 4 il sonra, 2013-cü ildə daha öncə "VKontakte" sosial şəbəkəsininin əsasını qoyan Nikolay və Pavel Durov qardaşları tərəfindən yaradılıb. Bəlkə də, bu səbəbdən "Whatsapp"ın təbliği daha güclüdür.

Pavel Durov ABŞ-da qeydiyyatdan keçirdiyi "Digital Fortress" şirkəti vasitəsilə “Telegram”ı yaradıb və onun "Facebook" şirkətinə məxsus olan “Whatsapp”dan bir neçə cəhətdən üstün olduğunu deyir.

Durov "Whatsapp" messencerinin heç zaman təhlükəsiz olmadığını və olmayacağını iddia edir.

Bəs, görəsən, həqiqətdə “Whatsapp” üstündür, yoxsa “Telegram”?


LOADİNG.AZ
-ın verdiyi xəbərə görə, sonxeber.az saytı bu sualı cavablandırmaq üçün geniş araşdırma aparıb.

Belə ki, “Telegram”ın bir çox cəhətdən “Whatsapp”ı geridə qoyduğu məlum olub.

”Slant” saytının apardığı sorğuda “Telegram” 4-cü, “WhatsApp” isə 47-ci yerdədir.
İnsanların "Telegram"ı seçmələrinin ən vacib səbəbləri video, GIF-fayl, şəkil, geolokasiya və sənədlərin daha rahat kopyalanması və göndərilməsidir.

Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ

Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ

Telegram-ın Whatsapp-dan 20 ÜSTÜNLÜYÜ

"Telegram" messencerinin digər üstünlükləri də var:


1. Daha öncə də qeyd edtiyimiz kimi “Telegram”ın əsas üstünlüyü təhlükəsizliyi və məlumatların şifrələnməsidir: hələ heç kəs “Telegram”ı “sındıraraq” şəxsi mesajları oxuya bilməyib.

2. Bundan əlavə, "Telegram"da "Gizli çat" mövcuddur. Burada "özünüməhv" taymeri qurmaq mümkündür. Müəyyən müddət sonra gizli yazışmalar avtomatik olaraq silinir.

3. "Telegram"ın limitsiz yaddaşı var.

4. Bütün yazışmalar, şəkillər, media-fayllar və sənədlər serverin bulud yaddaşında ("clouds") saxlanılır və telefonunuzu dəyişsəz belə, məlumatlar silinmir. Sistemə istədiyiniz qədər, istədiyiniz cihazdan daxil ola bilərsiz, bu zaman da heç bir məlumat silinmir. Rezerv kopyalama və bərpa etmə barədə narahat olmağa ehtiyac yoxdur.

5. Aktiv seansları izləyə və hazırda hansı cihazlardan daxil olduğunuzu görə bilərsiniz. Beləliklə, istənilən vaxt, istənilən yerdə, istənilən faylı yükləmək mümkündür.

6. “Telegram”da endirilən fayllar telefonun yaddaşına (”Gallery”yə) düşmədiyi üçün kənar şəxslərin onları görmə riski daha azdır.

7. “Telegram”ın eyni hesabına bir neçə qacetdən daxil olmaq və hamısında yazışmaq mümkündür.

8. “Telegram” şəkilləri “WhatsApp”dan daha tez göndərir. Xüsusən aşağı sürətli internet olanda “Telegram” işlətmək məsləhətdir.

9. "Telegram"da 1.5 GB-a qədər həcmli fayllar göndərmək mümkündür.

10. “Telegram”da media-faylları istəyə görə "sıxmaq", və ya böyük həcmdə göndərmək olar.

11."Telegram"da istənilən sənədləri göndərmək mümkündür. "WhatsApp" isə bəzi məhdudiyyətlər var.

12. Qrup çatları üçün maksimum say "WhatsApp"da 256 nəfərdir, “Telegram”da isə superqrup yaradaraq, iştirakçıların sayını 10000-dək artırmaq olar. Bundan başqa, "WhatsApp"da çata yeni üzvü yalnız çatı yaradan və ya onun admin etdiyi şəxs əlavə edə bildiyi halda, “Telegram”-da bunu hər bir çat üzvü edə bilər. “Telegram” messenceri çatlarda da daha sürətli və keyfiyyətli xidmət göstərir. “Telegram”dakı kanallarda isə üzvlərin sayına məhdudiyyət qoyulmayıb.

13. “Telegram”da da “WhatsApp” kimi nömrə vasitəsilə qeydiyyatdan keçirsiniz. Lakin “Telegram”ı istənilən qurğuda aktivləşdirmək mümkündür, sadəcə nömrəyə gələn mesajdan bunu təsdiqləmək lazımdır. Nəticədə siz qurğunu dəyişsəz də, arxiviniz silinmir.

14. “WhatsApp”da göndərilə bilən şəkilləri və videoları yalnız smartfonun daxili yaddaşından (“Gallery”-dən) götürmək mümkündür. “Telegram” isə smartfonun istənilən yaddaşından, "Google Disk"dən, "Dropbox"dan və digər mənbələrdən şəkil və video götürməyə imkan verir.

15. “Telegram”da stiker bolluğudur. Emosiyalarınızı ifadə etmək üçün, məsələn, hansısa cizgi filmindən bir hissəni müvafiq sorğunu göndərərək, bir neçə saniyənin içində götürə bilərsiniz. “Telegram”ın öz stikerləri də əla dizayna malikdir.

16. “Web”-versiya “Telegram”da “WhatsApp”dan xeyli üstündür. “WhatsApp”-ın “web”-versiyasını işlətmək üçün smartfon versiyası internetə qoşulu olmalıdır. Telefonunuzu dəyişdikdə isə, “web”-versiyadan çıxır və yenidən kodla qoşulmalı olursunuz. Amma “Telegram”ın “web” rejimində belə problemlər olmur. Burada bir dəfə "web"-versiyanı quraşdırdıqadan sonra SİM-kartın hansı smartfonda olduğundan, "Telegram"-akkaunta bağlı olub-olmadığından asılı olmayaraq, hətta telefon sönülü olduğu halda belə, kompüterdə rahat istifadə etmək mümkündür.

17. “Telegram” “WhatsApp”dan çox yenilənir və daim yeni funksiyalar təqdim edir.

18. "Telegram"da nömrəsini bilmədiyiniz şəxslərlə də danışa bilərsiniz. Bu, istifadəçinin əlaqə nömrəsinin məxfiliyini təmin edir.

19. "Telegram" Android, IOS, Windows Phone, Windows PC, Mac OS, Linux OS və hətta istənilən brauzerdə işlənilə bilər.

20. "Telegram"da müxtəlif botlar mövcuddur: "image-bot", "sticker-bot", "gif-bot".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 407 367 412 353 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.