Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 28-04-2020, 19:18

Evdə suyu belə qablarda saxlayın

Evdə suyu belə qablarda saxlayın
Alimlərin fikrinə görə, içməli suyu gildən hazırlanmış qablarda saxlamaq sağlamlıq üçün çox faydalıdır.

LOADİNG.AZ bildirir ki, bu haqda The Health Site yazır.

Gil qablarında saxlanılan su daha yumşaqdır. Həmçinin su isti havada gilin məsaməli strukturuna görə təbii olaraq sərin qalır, çox qızmır.
Alimlər qeyd edir ki, gil müalicəvi xüsusiyyətlərə malik olduğundan gildən hazırlanmış qablarda saxlanılan su da bu xüsusiyyətləri əldə edir.
Belə ki, gil qablarında saxlanılan su maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, orqanizmi faydalı minerallarla təmin edir, orqanizmin pH balansını saxlamağa yardım edir.
Mütəxəssislər evdə içməli suyu, xüsusilə isti havada məhz gil qablarında saxlamağı tövsiyyə edirlər.  
Gil təbii və müalicəvi materiladır. Belə hesab olunur ki, gil müsbət enerjini özündə toplayır və insana bəxş edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 471 446 507 483 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.