amon

amon İdman 30-04-2020, 00:35

Ulduz futbolçu əlehqazla gəzib, pusqu quracaq - Son Hın-Min orduda

Ulduz futbolçu əlehqazla gəzib, pusqu quracaq - Son Hın-Min orduda
İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırıldığı üçün "Tottenhem"in futbolçusu Son Hın-Min ölkəsinə dönüb.

Loading.Az Sportfm.az-a xəbər verir ki, Cənubi Koreya millisinin üzvü karantin müddətində hərbi xidmətdə olacaq. 27 yaşlı hücumçu məcburi şəkildə 4 həftə xidmətdə olacaq. 

Yerli mətbuat Sonun ötən həftədən əsgərlik günlərinə başladığını yazıb. O, əlbəyaxa döyüş (sparrinq) və silah təlimində iştirak edib. Bundan əlavə, futbolçu ağırlığı 24 kq olan sursatla 7 km yürüş edib.

Ulduz futbolçu gözyaşardıcı qazların atıldığı binada əlehqazla gəzib, pusqu qurmağı, tikanlı məftillərdə sürünməyi öyrənəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 415 498 446 439 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.