Fahriye Evcen bəyaza büründü — FOTO
Türkiyəli məşhur aktrisa Fahriye Evcenin ''İnstagram''da yayımladığı foto böyük marağa səbəb olub.
Oğlu ilə etdiyi paylaşımlarla son zamanlar gündəmə gələn Fahriye Evcen reklam üzü olduğu marka üçün yeni foto yayımlayıb. O bəyazlara bürünərək çəkdirdiyi fotonu altı ildir işlədiyi markanın il dönümünə həsr edib. Evcenin fotosunu qısa zaman ərzində 500 mindən artıq izləyicisi bəyənib. Aktrisanın fotosunu ilk bəyənənlərdən biri isə həyat yoldaşı Burak Övçivit olub.







