Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 3-05-2020, 22:01

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
Mayın 4-də gözlənilən hava durumu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil ecdəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam dağlıq ərazilərdə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
347 361 356 357 352 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.