Kənan Heydərov

Kənan Heydərov Mətbəx 5-05-2020, 18:34

Evdə necə dönər hazırlamaq olar?

Evdə necə dönər hazırlamaq olar?
Evdə hazırladğınız dönər kafe və restoranlarda yediyinizin dadını vermir? Dadlı dönərin əsas sirri ətin bişirilməsindədir. Bu sirri sizinlə paylaşacağıq. 

Reseptimizlə hazırladığınız dönərin ləzzətinə doyum olmayacaq.


Tərkibi:
2 xörək qaşığı qatıq
1 ədəd soğan (rəndələnmiş)
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qırmızı bibər tozu
5 xörək qaşıq zeytun yağı
duz, istiot
500 qram  dilimlənmiş dana əti
baton çörəyi
lavaş


Souslar:
mayonez
ketçup


Dönərin içərisinə:
1 ədəd pomidor
1 ədəd xiyar
1 ədəd turşu xiyar
1 ədəd rəndələnmiş yerkökü
zövqə görə doğranmış göyərti
1 ədəd kahı yarpağı
yarım qırmızı soğan


Hazırlanması:
Bir qaba qatıq, soğan, kəklikotu, qırmızı bibər tozu, zeytun yağı, duz və istiot töküb qarışdırın. Nazik doğranmış ət dilimlərini bu qarışıma töküb, üzərini “strec” sellofanla örtün. 10-12 saat ərzində soyuducuda saxlayın. Soyuducudan çıxardığınız dilimləri yağda qızardın. Dönəri hazırlamaq üçün çörək və ya lavaşdan istifadə edə bilərsiniz. Çörəkdə dönər üçün öncə çörəyin bir tərəfini ortadan bıçaqla kəsin. İçərisinə mayonez və ketçup sürtün. Bişirdiyiniz dilimləri, nazik doğranmış pomidoru, xiyarı, turşu xiyarı, qırmızı soğanı, rəndələnmiş yerkökünü, həzmi asanlaşdırmaq üçün kahı yarpağını və ya zövqə görə digər ərzaqları ortadan çörəyin içinə səliqə ilə düzün. Çörəkdə dönər hazırdır. Lavaşda dönər hazırlamaq üçün isə öncə lavaşın içinə mayonez və ketçup sürtüb, eyni ərzaqları da düzüb, rulon formasında bükün. NUŞ OLSUN!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
640 617 563 596 535 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.