Kənan Heydərov

Kənan Heydərov Texnologiya 6-05-2020, 21:26

Apple şirkəti Apple Music servisinin veb versiyasını istifadəyə verdi

Apple şirkəti Apple Music servisinin veb versiyasını istifadəyə verdi
Apple şirkəti məşhur Apple Music musiqi servisinin veb versiyasını rəsmi şəkildə istifadəyə verdi. Şirkət servisin veb versiyasını keçən ilin sentyabr ayından bəri test edirdi.

LOADİNG.AZ-ın technote.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Vc.ru saytı yazır.

Apple Music-in veb versiyasında kataloqdan olan musiqiləri axtarmaq, onları dinləmək və ya servisin orijinal videokontentini izləmək olar.

Bundan əlavə olaraq bir sıra ölkələrdə servisin veb versiyası sayəsində Safari brauzerindən Beats 1 radiosunu da dinləmək mümkündür. Bununla yanaşı yeni istifadəçilər Apple Music-ə abunəliyi həmçinin veb versiya vasitəsilə də reallaşdıra bilərlər. Servisin veb versiyaının testi zamanı onda smart playlistlər özəlliyi yox idi və istifadəçi onda abunəliyi reallaşdıra bilmirdi. İndi isə Apple Music-in veb versiyası mobil versiyadakı kimi bütün qovluqlara sahibdir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
669 651 648 554 560 538

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.