Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 10-05-2020, 16:59

Suda yüz gün yaşayan koronavirus insana keçə bilərmi?

Suda yüz gün yaşayan koronavirus insana keçə bilərmi?
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Su İdarəetmə Baş İdarəsinin hazırladığı hesabata görə, dünyanın ən ümdə səhiyyə probleminə çevrilən koronavirus parçalanmış halda axar suda 10 gün, tullantı sularında isə 100 gün yaşaya bilər.

Bu barədə Sondakika.com xəbər verib.
Hesabatda koronavirusun içməli su, çirkab suyu və kanalizasiya şəbəkəsində ortaya çıxa biləcəyi qeyd edilir.

Buna baxmayaraq, COVID-19-un su vasitəsilə insana keçməsi təsdiq edilməyib.

Qeyd olunur ki, koronavirusun bütün növlərinin xlora qarşı yüksək həssaslığı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
385 430 399 399 445 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.